Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə müavini Höccətül-İslam vəl-müslimin Möhsün Qumi «Yola salma dastanı» («Qəmli qəlblərdən əbədi qalan qələmlərə qədər») adlı müsabiqənin yekun mərasimində və qaliblərin təltif olunması tədbirində, eləcə də Qum Yazıçılar Birliyi və Qum Tulumehr Universitetinin təşkilatçılığı ilə keçirilən mərasimdə «Yola salma dastanı» kitabının təqdimatında çıxış edərək bu dastanın doğurduğu hiss və coşqunun davamlı mədəni və ictimai hərəkatlara çevrilməsinin zəruriliyini vurğulayıb.
O bildirib: Əgər bu dastan ədəbiyyat və incəsənət vasitəsilə qeydə alınaraq yenidən canlandırılmasa, zaman keçdikcə onun hərarəti azalacaq və bu hadisənin müəyyən hissəsi cəmiyyətin yaddaşından uzaqlaşa bilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə müavini əlavə edib: Şairlərin, yazıçıların və sənət adamlarının şeir, hekayə, kiçik hekayə və digər ədəbi-bədii janrlarda yaratdıqları əsərlər dəyərlidir. Lakin bu istiqamət yalnız bununla məhdudlaşmamalı və onun davamlılığını təmin etmək üçün proqram hazırlanmalıdır.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi vurğulayıb: Biz yalnız şəhid Ayətullah Xameneinin həyat tərzinə baxmamalıyıq, həm də onun kimi baxmalıyıq. Onun şəxsiyyətinə və xatirəsinə diqqət yetirməklə yanaşı, onun baxış tərzini, ideallarını və düşüncələrini mədəni hərəkatın əsasına çevirməliyik. Bu idealları ədəbiyyat və incəsənətin imkanlarından istifadə etməklə gələcək nəsillər üçün nəql etməli və yaşatmalıyıq ki, dəfn və yola salma mərasimində yaşanan əzəmətli hadisə davamlı mədəniyyət hərəkatlara çevrilsin.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü çıxışının digər hissəsində ədəbiyyatın anlayışların ötürülməsi və həmçinin xalqlar arasında əlaqələrin qurulmasındakı mövqeyinə toxunaraq bildirib: Ədəbiyyat və mədəniyyət hətta ən mühüm siyasi münasibətlər çərçivəsində belə xalqlar arasında dərin əlaqələrin qurulmasına zəmin yarada və bəzən rəsmi və siyasi kanallarla ötürülməsi mümkün olmayan məfhumları çatdıra bilər.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi Vladimir Putinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə ilk görüşünə toxunaraq qeyd edib: Danışıqların əsas mövzusunun Qərblə mübarizə, dolların aradan qaldırılması, iqtisadi məsələlər və təktərəfli dünya sisteminə qarşı mübarizə kimi məsələlər olacağı gözlənildiyi halda, İslam İnqilabının Ali Məqamlı sabiq Rəhbəri çıxışına ədəbi mövzu ilə başlayıb. İslam İnqilabının Ali Məqamlı sabiq Rəhbəri həmin görüşdə Tolstoydan və bu yazıçının əsərlərində Sankt-Peterburq xalqının müqavimətini necə təsvir etməsindən danışıb və qələm və ədəbi sənətin imkanlarına əsaslanaraq həmin müqavimətin ruhunu dinləyiciyə çatdırıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə müavini bu nümunəni xalqlar arasında əlaqələrdə ədəbiyyatın geniş imkanlarını göstərən fakt kimi qiymətləndirərək deyib: Mədəniyyət və ədəbiyyat hətta mühüm siyasi sahələrdə belə fəal rol oynaya, müxtəlif xalqlar və mədəniyyətlər arasında əlaqə yarada bilər.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi «Yola salma dastanı» mərasiminin təşkilatçılarına, qələm və fikir sahiblərinə təşəkkürünü bildirərək deyib: Bugünkü cəmiyyətin belə mədəniyyət və ədəbi məclislərə əvvəlkindən daha çox ehtiyacı var və qələm sahibləri öz düşüncə və qələmlərindən istifadə etməklə cəmiyyətin ictimai və mədəniyyət sahələrinin idarə olunmasına təsir göstərə bilərlər.
O, «Yola salma dastanı» adlı kitabının adına toxunaraq bildirib: Bu, münasib şəkildə seçilmiş bir addır. Çünki şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimində, yola salınmasında və torpağa tapşırılması prosesində baş verənlər həqiqi bir tarix idi və onun təzahürləri yalnız İranla məhdudlaşmadı.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi əlavə edib: Müxtəlif İslam ölkələrində insanlar şəhid Ayətullah Xameneinin (r) şəhadətinə münasibət bildirdilər və onun yad edilməsi üçün müxtəlif mərasimlər keçirildi. Bu, həmin hadisənin müxtəlif xalqlar arasında əks-səda dairəsinin genişliyini göstərirdi.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü İslam ölkələrindəki bəzi reaksiyalara toxunaraq bildirib: Hindistanda qiyabi olaraq namazlar qılındı, İndoneziya və Pakistan kimi ölkələrdə isə əhalinin əhəmiyyətli bir hissəsi şəhid Ayətullah Xamenei ilə həmrəyliyini və ABŞ-ın İrana hücumuna qarşı etirazını nümayiş etdirdi. İraqda da Nəcəf və Kərbəla şəhərlərində xalqın geniş iştirakı ilə dəfn mərasimləri keçirildi və müxtəlif sosial təbəqələr bu mərasimlərdə iştirak etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə müavini bu mədəni hərəkatın davam etdirilməsinin zəruriliyinə toxunaraq deyib: «Yola salma dastanı» ilə yanaşı, şəhid Ayətullah Xameneinin yolunun və ideallarının davam etdirilməsinə də diqqət yetirmək və bu istiqamətdə yeni bir mədəni hərəkat formalaşdırmaq lazımdır.
O, bu hərəkatın davamı üçün «Vəfa əhdi» adının verilməsini təklif edərək əlavə edib: «Yola salma dastanı» ilə yanaşı, bu əziz insanın yolunu davam etdirmək üçün nə etmək lazım olduğunu və cəmiyyətdə yaranmış hissləri necə davamlı hərəkat və fəaliyyətə çevirməyin mümkün olduğunu da gündəmdə saxlamalıyıq.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi cəmiyyətdə mövcud olan coşqunun necə şüura, daha sonra isə ictimai fəaliyyətə çevrilə biləcəyi sualını irəli sürərək bildirib: İnsanların göz yaşlarını, duyğularını və qəlbi meyillərini sabit və möhkəm ictimai fəaliyyətlərə çevirməyi bacarmalıyıq.
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü sözlərinə davam edərək bildirib: Təsirli bir hadisəni davamlı və qalıcı bir hərəkatə çevirməyin yolu hesabatdan təhlilə, təhlildən qərara, qərardan isə instituta keçməlidir ki, həm şəhid rəhbərin xatirəsi, həm də onun idealları cəmiyyətdə davamlılıq qazansın. Bu məsuliyyət yalnız bir qurumun üzərinə düşmür. Mədəniyyət ictimaiyyəti, şairlər, yazıçılar, sənət adamları və fikir sahibləri bu dastanın davamlı mədəni hərəkatə çevrilməsində mühüm rol oynaya bilərlər.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi daha sonra şəhid Ayətullah Xameneinin cəmiyyətdə bir mədəniyyətin institusionallaşması prosesi ilə bağlı baxışlarını izah edərək bildirib: Hər hansı mədəniyyət məsələnin reallaşması və möhkəmlənməsi üçün dörd mərhələ — söz və terminlərin formalaşdırılması, ictimai tələbin formalaşdırılması, institutların yaradılması və cəmiyyətin formalaşdırılması — keçilməlidir. İlk mərhələdə əsas söz və məfhumlar müəyyənləşdirilməli, şəhid Ayətullah Xameneinin xüsusi vurğuladığı ədalət, mənəviyyat, insan ləyaqəti, İslam sivilizasiyası, rasional düşüncə və qadınların ləyaqəti kimi məsələlər əsas məfhumlar kimi diqqətdə saxlanılmalıdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə müavini sözlərinə davam edərək deyib: Bu məfhumlar müəyyənləşdirildikdən sonra onları şeir, deklamasiya, videoklip, çıxış, minbər, məqalə, kitab, dərslik və dəyirmi masa kimi müxtəlif mədəni və incəsənət vasitələri ilə milli və beynəlxalq səviyyədə ictimai tələbə çevirmək lazımdır.
O, üçüncü mərhələni institutların yaradılması kimi qiymətləndirərək deyib: Söz və terminlərin formalaşdırılması, eləcə də ictimai tələbin formalaşdırılması həyata keçirildikdən sonra bu idealların reallaşdırılması, ədalətin təmin edilməsi, o cümlədən mənəviyyatın genişləndirilməsi, insan ləyaqətinin müdafiəsi və həmçinin digər nəzərdə tutulan dəyərlərin həyata keçirilməsi məqsədilə müvafiq institutlar yaradılmalıdır.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi dördüncü mərhələni cəmiyyətin formalaşdırılması adlandıraraq əlavə edib: Bu mərhələdə anlayış və ideallar yalnız söz və termin, ictimai tələb və hətta institut səviyyəsində qalmamalı, cəmiyyətin həyatına və strukturuna nüfuz edərək real şəkildə həyata keçirilməlidir. Əgər məqsəd şəhid rəhbərin yolunun və ideallarının davamlılığını təmin etməkdirsə, bu dörd mərhələ ciddi şəkildə həyata keçirilməli, bunun reallaşdırılması üçün mədəniyyət ictimaiyyətinin, qələm və sənət sahiblərinin imkanlarından istifadə edilməlidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə müavini çıxışının sonunda bu dastandan sonra yaranmış fürsətə toxunaraq bildirib: Mədəni və ziyalı cəmiyyət mövcud isti və coşqulu ab-havanın soyumasına imkan vermədən, növbəti mərhələləri keçmək və şəhid Ayətullah Xameneinin (r) ideallarını cəmiyyətə aşılayaraq institusionallaşdırmaq üçün bu fürsətdən istifadə etməlidir.
Höccətül-İslam vəl-müslimin Möhsün Qumi «Yola salma dastanı» çağırışının yekun mərasiminin təşkilatçılarına təşəkkür edərək deyib: Bu çağırışda iştirak edən bütün şairlərə, yazıçılara, hekayəçilərə və mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə təşəkkür edirəm və bu mədəni və ədəbi hərəkatın davam etdirilməsinin vacibliyini vurğulayıram.
Rəyiniz